Səbuhi Şuşa: “M.M.Nəvvabın qəbri üzərində alimin adına layiq türbə inşa olunmalıdır”

0 0
“Tövbə, yarəb, bexəta rahinə getdiklərimə,
Bilib etdiklərimə, bilməyib etdiklərimə…” – bu beyti onun müəllifi – dərin zəkaya və dövrünün ensiklopedik biliklərinə malik olan ziyalısı – şair, rəssam, xəttat, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, musiqişünas, kimyaçı və riyaziyyatçı alim olan Mir Möhsün Hacı Seyid Əhməd oğlu Nəvvab Ağamirzadə (1833-1919) haqqında danışan ekspert Səbuhi Şuşa söyləyib. 
“Azad Şuşa” xəbər verir ki, Səbuhi Şuşa Nəvvabın qəbirüstü abidəsindən də söz açlıb: “1957- ci ildə Tokay Məmmədov M.M.Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. 1960- cı ildə YUNESKO tərəfindən məzarda təmir işləri apalmışdı.
1992- ci ildə Şuşanın işğalından sonra başqa tarixi abidələrimiz kimi Nəvvabın qəbri də ermənilər tərəfindən dağıdılmışdır.
Cıdır düzü yaxınlığındakı qəbristanlıq M.M.Nəvvabın babası Mir Fəseh ağanın adını daşıyır.
Dövlətimizin bu barərədə hansı planları olduğundan mənim məlumatım yoxdu, ancaq, hesab edirəm ki, M.M.Nəvvabın qəbri üzərində türbənin inşa olunması alimimizin adına layiq bir iş olar”.
Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş