Belarus saytı Azərbaycan yazıçısı barədə xəbər yayıb

1 0

Belarus Yazıçılar İttifaqının saytı tanınmış Azərbaycan yazıçısı Kamran Nəzirli haqqında xəbər yayıb.

“Azad Şuşa”nın məlumatına görə “İstanbulda Kamran Nəzirlinin hekayələr toplusu nəşr olunub” başlığı ilə yayılan xəbərdə deyilir:

– İstanbulda müəllifi Belarus Yazıçılar İttifaqının üzvü Kamran Nəzirli olan hekayələr toplusu işıq üzü görüb. Kitaba Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş bir hissəsi Belarus oxucusuna da tanış olan hekayələr daxil edilib.

Hekayələrin əhatə etdiyi mövzu spektri ecazkar məhəbbət möcüzələrindən tutmuş insanın kosmosa uçmasına uşaq baxışının heyranlığına qədər olduqca genişdir.

Hörmətli yazıçımızı bu münasibətlə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş