Cəbrayıl Qəhrəmanın və “Dağların təbəssümü” – Yeni kitab

2 0

Alim, şair, yazıçı və pblisist Cəbrayıl Qəhrəmanın yeni kitabı işıq üzü görüb.

“Azad Şuşa” xəbər verir ki, “Apostrof – A” nəşriyyatında nəşr olunan, şeirlər, esselər, hekayələr, publisistik yazılar və xatirələrdən ibarət “Dağların təbəssümü” Cəbrayıl Qəhrəmanın oxucularla altıncı görüşüdür.

 

Kitabda müəllifin, əsasən, son illərdə yazdığı əsərləri öz əksini tapmışdır.

Kitabın redaktoru və “Həqiqət və gözəllik sorağında” adlanan ön sözün müəllifi şair-pblisist Rövşən Atakişioğludr.

Pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəman 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib. 1981-1992-ci illərdə Güləbird kənd orta məktəbində Fizika müəllimi və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Laçının işğalından sonra Bakıda fəaliyyət göstərən Laçın məktəbində müəllimlik fəaliyyətini davam etdirməklə yanaşı 1995-ci ildə ETPEİ-nin (indiki Təhsil İnstitutu) dissertanturasına daxil olub. 1995-2000-ci illərdə fizikanın tədrisi metodikası sahəsində elmi tədqiqat işləri aparıb və 2000-ci ildə pedaqoi elmlər namizədi alimlik dərəcəsi alıb.

 

“Abbasqulu Abbaszadənin elmi-pedaqoi irsi”, “Düşüncələr işığında”, “Ömür bitər, yol bitməz”, “Gördüyüm dünya”, “Dünya sevgi yaşındadır” kitabları, 50-dən çox elmi, elmi-publisistik və metodiki məqalələri çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş