Hər gün bir qəhrəman doğulur – Orxan Nəbiyev

1 0

Nəbiyev Orxan Rza oğlu

(20.01.1995-14.10.2020)

 

Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində orta, 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında ali təhsil alıb. 2016-2017-ci illərdə ASQ sıralarında – Cəlilabadda yerləşən N saylı hərbi hissədə XTQ-nin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdaraq 2017-ci ildən etibarən ASQ-nin TTM-də zabit hazırlığı kursu keçərək xidmətini leytenant rütbəsində Mingəçevirdəki N saylı hərbi hissədə layiqincə davam etdirib. Əvvəlcə “BMP” bölüyünün komaniri olub. 2020-ci ilə isə “BTR” bölüyünün komaniri olub. Vətən müharibəsinin ilk günündən Tərtər – Suqovuşan yüksəklikləri istiqamətindəki ağır döyüşlərə atılaraq igidliklə vuruşub. Qəhrəman zabitin döyüş yolu daha sonra Suqovuşan, Talış, Ağdərə istiqmaətindən keçib, bu ərazilərin azad olunması uğrunda həlledici döyüşlərdə hünər göstərib. Suqovuşan cəbhəsində yaralansa da, döyüş meydanını tərk etməyib. Oktyabrın 14-də Suqovuşan ətrafındakı yüksəkliklər uğruna qanlı döyüşlərdə rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Nəşi noyabrın 3-də müəyyən olunaraq ailəsinə təhvil verilib. Şamaxı rayonunun Qurdtəpə kəndində dəfn edilib. Subay idi.

Təltifləri: Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı (2018), “Vətən uğrunda” (2020), “Döyüşdə fərqlənməyə görə” (2020), “Suqovuşanın azad olunmasına görə” (2021) medalları və “Azərbaycan Bayrağı” (2021) ordeni.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş