Gənclər Xocalı soyqırımı ilə bağlı Prezidentə müraciət edib

AZ 1009. Bakı şəhəri Nabat Aşurbəyova küçəsi ev 130. Tel.:(050) 300 20 38; E-mail: genclerinteshebbusqrup@gmail.com

0 0

“Gənclərin Təşəbbüs Qrupu” tərəfindən Xocalı soyqırımı ilə bağlı Prezidentə müraciət hazırlanıb.

“Azad Şuşa” həmin müraciəti təqdim edir:

Hörmətli, cənab Prezident№14, 25.02.2021.

Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalı soyqırımı erməni faşizminin, vəhşiliyinin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir. İnsanlığa sığmayan, faşist ideologiyalı ermənilər və onlara bu işdə dəstək olmuş şəxslər beynəlxalq hüquqa uyğun olaraq hərbi məhkəmə qarşısına çıxarılmalı, ən ağır formada cəzalandırılmalıdırlar. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”fikiri tarixən xalqımıza qarşı törədilən qətliamlar içərisində bu faciənin ağırlığının, amansızlığının nə qədər böyük və dəhşətli olduğunu tam formada ifadə edir. Bu faciədə yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Yeddi minlik əhalisi olan bütöv bir şəhər yerlə yeksan edildi.

Dünyada ən ağır müharibələrin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir. Keçmişini, tarixini unudan və bundan ibrət almayan, nəticə çıxarmayan  xalq  məhvə məhkumdur. Biz isə xalq olaraq keçmişimizi, milli kimliyimizi unutmadıq və tarixin müxtəlif dövrlərində yaşamış olduğumuz faciələrdən ibrət aldıq. Şükürlər olsun ki, Xalq-Prezident birliyi, qəhrəmanlıq və cəsarət simvolu olan müzəffər ordumuz sayəsində tarixi torpaqlarımızı işğaldan azad etdik. Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin,günahsız qətlə yetirilmiş vətəndaşlarımızın ruhu artıq şaddır və rahatdır.  İndi əsas məsələlərdən biri də Xocalı, Ağdaban, Qaradağlı, Ballıqaya və s. faciələrinin günahkarları Köçəryan, Sərkisyan, Ohanyan, Balayan, Arutunyan və başqa cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılaraq ən ağır formada cəzalandırılmalarına nail olmaqdır.  Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sadiq olan bütün dövlətlərin, insanların bu faciəyə öz qəti mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

“Gənclərin Təşəbbüs Qrupu” xalqımızın başına gətirilən faciələrin, soyqırımların, tarixi həqiqətlərin dünya ictimaiyyətinə dolğun, düzgün çatdırılmasında sizin dövlət siyasətinizi dəstəkləyir və bu istiqamətdə dövlətimizin dəstəyi ilə geniş formatda fəaliyyət göstərmək arzusundadır. Əmin ola bilərsiniz ki, dövlətimizin dəstəyi sayəsəində hər zaman olduğu kimi bu istiqamətdə də dövlət maraqlarımızı qoruyaraq xalqımız, ümumilikdə ölkəmiz üçün  faydalı olacağıq. Gələcəyimiz olan gənclər işğaldan azad edilmiş əzəli və tarixi torpaqlarımızda yenidənqurma, quruculuq, sosial, iqtisadi sahələrdə, təhlükəsiz məskunlaşdırma, ümumilikdə idarəetmə strukturunun formalaşması prosesində yaxından iştirak etmək arzusundadır. Əminik ki, sizin gənclərə olan etimadınız sayəsində bu arzumuz reallaşacaq və dövlətimiz, xalqımız üçün uğurlu bir təyinat olacaqdır.

    Pərviz Usubov. “Gənclərin Təşəbbüs Qrupu”nun sədri

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş