Alacaq haqqını məğrur millətim! – Kərim Kərimlinin şeiri

2 0

İranda şəhid olmuş qardaşımız Orxan Əsgərova böyük məhəbbət,

terrora və terrorçulara sonsuz nifrət hissi ilə…

 

***

Heyrət içindədir Azərbaycanım,

İrandan yenə də qara xəbər var.

Yenə gərilmişdir ürəyim, canım,

Yenə də qan əkir qara mollalar.

 

Bir ad da var idi adında sənin:

Eyş-işrətlə dolu “qorxulu” Tehran.

Dünya keçib gedib yanından sənin,

Sən hələ yatmısan, yuxulu Tehran!

 

Dünya işıq seçib, intibah seçib,

Sən isə bu yolsuz “yol”u gedirsən.

İnsanlıq günəşli bir sabah seçib,

Sən – tuluğu qanla dolu gedirsən!

 

Bəşər ağ günlərə qanad açırkən,

Ən qara gecənin İranısan sən.

Arzulu könüllər işıq saçırkən,

Qaranlıq dünyanın tiranısan sən.

 

Terrorçu küçədə asudə gəzir,

Elçiyə, səfirə silah çəkirsən.

Polisin böhtana amadə gəzir,

İnsan ölümünə mizah çəkirsən!

 

“Allahın adıyla!” – alver eyləyib,

Özü allahsızlıq eyləyən şəhər!

İslamı nahaqqa sipər eyləyib,

Haqlının bağrını teyləyən şəhər!

 

“İnsanı öldürmək günahdır!” – deyib,

Günahsız insanı öldürən ölkə.

Zahirdə möminin donunu geyib,

Dünyanı özünə güldürən ölkə!

 

Dəstavüz eyləyib Allah adını,

Allahın yolundan qaçmaqdasan sən.

Salaraq üzündən din niqabını,

Əsil sifətini açmaqdasan sən.

 

Kafirlə dostluğun sanki az imiş,

“Qardaş!” da söyləyib bağrına basdın.

Sənin din-imanın yaramaz imiş,

Haqqa güllə atdın, haqsıza susdun!

 

Şərə qulluq edən neçə ölkə var,

Gedir Hayastanla İran, önündə.

Çıxar əmmaməni, ey şəri sərdar,

Baş əy öldürdüyün insan önündə.

 

Sən ey qan çanağı, terror yuvası,

Tökdüyün qan gölü boğacaq səni!

Bir gün azadlığın çılğın havası,

Dağıdıb, yenidən quracaq səni!

 

Özünü əzəcək qara niyyətin,

Özün qalacaqsan sər harayında.

“Azadlıq!” hayqıran məğrur millətim

Alacaq haqqını şər sarayından.

 

…Yenə də İrandan qara xəbər var,

Heyrət içindədir Azərbaycanım.

Ucalsın bayraqlar, qalxsın yumruqlar,

Bütün Zəfərlərin gəlmiş zamanı!

Daha Azad olsun ürəyim-canım!!

Daha Azad olsun Azərbaycanım!!!

27-31.01. 2023.

Bakı.

Kərim Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş