İlham Əliyev: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur!”

0 0

“Azad Şuşa” xəbər verir ki, Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib: “Biz əməkdaşlığa açıq ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, birgə yaşayır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri yumruq kimi birləşdi”.

“Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş