Xudafərin körpüsü “National Geographic” jurnalında dərc olunub

0 0

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

“Azad Şuşa” xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı sahilində yerləşdiyi bildirilir.

Paylaşımda qeyd olunub ki, Ermənistan qüvvələri tərəfindən iyirmi ildən çoxdur işğal altında saxlanılan Cəbrayıl rayonu, bu yaxınlarda Azərbaycan tərəfindən işğaldan azad edilib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş