Çin nəşri Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs edən məqalə yayıb

0 0

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də daxil olmaqla Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərindən bəhs edən məqalə yerləşdirilib.

“Azad Şuşa” xəbər verir ki, Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevin müəllifi olduğu məqalədə Şərq-Qərb, Şimal-Cənub dəmir yolu marşrutlarının beynəlxalq ticarət üçün perspektivlərindən söz açılıb. Qeyd olunub ki, həmin nəqliyyat dəhlizləri Çin iqtisadiyyatının və beynəlxalq ticarətinin sürətli inkişafı ilə bağlıdır.

Müəllif XX əsrin sonunda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqillik qazanması ilə qeyd olunan istiqamətlər üzrə beynəlxalq yüklərin daşınması imkanının yarandığı, müvafiq infrastrukturun yaradılması üçün işlərin aparıldığını qeyd edib. Bu xüsusda Çindən yüklərin dəmir yolu ilə Mərkəzi Asiya və Cənubi Qafqaza, oradan Qara dəniz, Türkiyə və Aralıq dənizi vasitəsi ilə Avropaya çatdırılmasının ən qısa yol olduğunu vurğulayan C.Otorbayev yazır ki, bu marşrutun ən vacib halqalarından olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrında istifadəyə verilib. Həmin xətt ildə bir milyon sərnişin və 15 milyon ton yükün daşınması imkanına malikdir.

“Müasir dəmir yolu marşrutları tezliklə Böyük İpək Yolunu canlandıracaq” başlıqlı məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ötən il 20 TEU ekvivalentdə 10 mindən çox konteynerin daşındığını, bu yol ilə yüklərin Çindən Avropaya 12-15 günə çatdırıldığını, 2019-cu ildə Çinin Sian şəhərindən çıxan ilk yük qatarının Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Praqaya çatdığını yazır. Ötən ilin dekabrında isə Türkiyədən ilk yük qatarı təxminən 8700 kilometr məsafə qət edərək Sian şəhərinə gəlib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş