Koronavirusun daha bir yoluxucu mutasiyası aşkarlandı

0 0

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb.

“Azad Şuşa” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik yeni növün nazirliyin tabeliyindəki virusologiya laboratoriyası olan Sheba Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.

Araşdırma ilə ötən ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhlil edildiyini bildirən nazirlik yeni mutasiyaya ilk olaraq keçən ilin iyulunda bir nümunədə rast gəlindiyini və ümumilikdə 181 nümunədə müşahidə edildiyini bəyan edib.

Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.

Qeyd edək ki, İsraildə indiyədək 832 min 574  nəfər koronavirusa yoluxub, onlardan 6 min 197-si pandemiyanın qurbanı olub.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş