Birinci “ağıllı” kənd Zəngilan rayonunun Ağalı kəndi olacaq

0 0

Artıq məlum olduğu kimi Prezident İlham Əliyevin tapşırığına əsasən,  azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında tikiləcək.

“Azad Şuşa”  xəbər verir ki, Prezident İlham Əliyev fevralın 14-də azad edilmiş bölgələrə səfəri zamanı Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinə artıq start verildiyini bildirib. Zəngilanda salınacaq birinci “ağıllı kənd” kənd məhz Ağalı olacaq.

Verilən məlumatlara görə, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş