Ermənistanda iki nəfər qəribə etiraz aksiyası keçirir

0 0

Bir qadın və bir kişi  özlərini hökumət binasının darvazasına qandallayıblar. “Azad Şuşa” Rusiya mətbuatına istinadən xəbər verir ki, biri qadın, digəri isə kişi olmaqla iki nəfər belə bir qəribə etiraz aksiyası keçirir.

Onlar guya hansısa “Aazataqrum” (Azadlıq) hərəkatının üzvü olduqlarını bəyan ediblər. Bildiriblər ki, bu hərəkat Nikol Paşinyanın dərhal istefa verməsini tələb edir. “Biz onun hökumət binasına daxil olmasını istəmirik” – deyə bu orijinal etiraz aksiyasının “müəllifləri”ndən biri olan kişi xeylağı qeyd edib.

Etirazçıların ikisini də tutublar. Bu gün – 22 apreldə hökumətin növbəti iclası planlaşdırılan binanın qabağına polis qüvvələri gətirilib.

Bu yaxınlarda Zəngəzurda da oxşar hadisə baş vermişdi. Paşinyanın mühavizəçiləri baş nazirin həmin vilayətə səfərinə etiraz edən Mehri şəhərinin sakinləri ilə dava eləmişdilər.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş