Hüseynbala Mirələmovu YAP-dan da çıxartdılar

0 0

Qaradağ Qaz Emalı Zavodunun keçmiş baş direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq kafedra müdiri, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, partiyanın Veteranlar Şurasının üzvü, Milli Məclisin keçmiş deputatı bu günlərdə yayılmış məlum video kadrla əlaqədar gündəmə gəlmiş Hüseynbala Mirələmovu Yeni Azərbaycan Partiyasından çıxardıblar.

“Azad Şuşa” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

Qeyd edək ki, H. Mirələmov ictimaiyyətə həm də Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq Mühəndislər, Rusiya Mədən Akademiyalarının üzvü, Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvü və texnika üzrə elmlər doktoru, professor kimi də təqdim olunurdu.

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş