Şamaxının Göylər kəndində şəhid bulağının açılışı olub – Foto

0 0

Şamaxı rayonunun Göylər kəndində II Qarabağ müharibəsində şəhid olmuş Şahmurad İsgəndərovun adına çəkilən bulağın açılış mərasimi keçirilib.

 “Azad Şuşa” xəbər verir ki, mərasimdə kənd sakinləri, yerli ziyalılar, ağsaqqallar, rayon icra hakimiyyətinin nümayəndəsi iştirak edib.

Tədbiri Şamaxı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı açıb. O, II Qarabağ müharibəsi barədə qısa məlumat verib və bu Vətən müharibəsində şanlı qələbəmizdən danışıb. Bu qələbənin qazanılmasında canından keçmiş şəhidlərimizi xatırlayıb və onlardan birinin də Göylərin yetirməsi Şahmurad İsgəndərov olduğunu vurğulayıb. Qeyd edib ki, şəhidin xatirəsi bu gün böyük savab olan bu bulaqla da əbədiləşdirilir.

Tədbirdə çıxış edənlər Şahmurad İsgəndərovun keçdiyi döyüş yolundan bəhs edib, xatirəsinin daim əziz tutulcağını vurğulayıblar.

Şamaxı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işin davam edəcəyini, onların hər birinin adına küçə veriləcəyini bildirib.

İsgəndərov Şahmurad Natiq oğlu 1996-ci ildə anadan olub. 2020-ci ilin sentyabrında başlamış II Qarabağ Müharibəsinə könüllü qoşulub. Ağdərə-Suqovuşan istiqamətində gedən döyşülərdə iştirak edib.

İşğal olunmuş torpaqlarımızın uğrunda ağır döyüşlərin birində yaralanıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra, noyabrın 17-də vəfat edib.

Qeyd edək ki, şəhid Şahmurad İsgəndərovun adına ehsan bulağını onun atası Natiq İsgəndərov çəkdirib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
1
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş