Ermənistanda həkimlər hakimiyyət əleyhinə etiraz aksiyası keçirib

0 0

Ermənistanda yüzlərlə həkim Xüsusi İstintaq Xidmətinin binası qarşısında həmkarları, “İzmirlyan” Tibb Mərkəzinin direktoru, növbədənkənar parlament seçkilərində “Ermənistan” blokunun namizədi olmuş Armen Çarçyanın həbsdən azad olunması tələbi ilə etiraz aksiyası keçirib.

Bu barədə “Azad Şuşa” Ermənistan mətbuatına istinadən xəbər verir.

Tibb işçiləri həbsin qanunsuz və siyasi olduğunu bildirərək, buna etirazlarını ifadə ediblər.

Aksiyada iştirak edən həkimlərdən biri Samvel Saakyan qeyd edib ki, onlar növbəti dəfə həmkarlarının həbsdən azad edilməsi tələbini irəli sürəcəklər.

Daha əvvəl 539 həkim həbs qərarının ləğv olunması tələbi ilə hakimiyyətə və ictimaiyyətə açıq məktubla müraciət edib.

Xatırladaq ki, “Ermənistan” blokunun üzvü Armen Çarçyan Cinayət Məcəlləsinin 154.2 maddəsi (seçicilərin azad iradəsinə mane olma) üzrə ittiham olunur. Çarçyan ittihamları qəbul etmir.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş