Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

0 0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.

“Azad Şuşa” ÜST-ə istinadən xəbər verir ki, bu müddət ərzində dünyada koronavirusa 180 milyondan çox yoluxma halı qeydə alınıb.

Məlumata görə, COVID-19-a ümumilikdə 180 817 269 yoluxma haqlı təsdiq edilib, koronavirusdan 3 923 238 ölüm qeydə alınıb.

Ötən gün ərzində COVID-19-a 325 138 yeni yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş