Messi Argentina millisində yeni rekorda imza atdı

0 0

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb.

“Azad Şuşa” xəbər verir ki, 34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub.

Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb.

Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş