Qadın paracüdoçularımız “Tokio-2020”yə Zaqatalada hazırlaşırlar

2 0

İyunun 30-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə qadınlardan ibarət milli komandasının Zaqatalada təlim-məşq toplanışı başlayıb.

“Azad Şuşa” AMPK-ya istinadla xəbər verir ki, paracüdoçularımız baş məşqçi, Paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi altında iyulun 10-dək hazırlıq prosesində iştirak edəcəklər.

Təlim-məşq toplanışı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, qadın paracüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) artıq “Tokio-2020”yə lisenziya qazanıblar.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş