Basabasdır namərdlərin meydanı – Pasternakın şeiri Kərim Kərimlinin tərcüməsində

1 0

“Azad Şuşa” “Dünya poeziyasından tərcümələr” rubrikasında Boris Pasternakın “Rus dahiyə” şeirini əziz oxucularına təqdim edir.

Şeiri rus dilindən Kərim Kərimli tərcümə edib.

 

 

Rus dahiyə

Başqasının qeybətini dinləmə,
Köhnə oğraşlardan uzaq dolan gəz.
Sən özünü düşmən ilə tənləmə,
Ona görə heç kəs gözə su verməz!

 

 

İt ilxısı necə xorla hürsə də,
Qürur ilə sükut eylə, danışma!
Abırsızlar min bir dona girsə də,
Cavab verib xəcil olma, alışma!

 

 

Heç kim sənə rəqib deyil, bunu bil,
Basabasdır namərdlərin meydanı.
Bəzən Günəşi də örtür zir-zibil,
Say-hesabsız dənəciklər “tufan”ı…

 

 

Toz-tozanaq qoy “ucalsın” göylərə,
Sən bu “canlı” ölülərdən ucasan.
Qurs kimisən “Qəhvəyi köynəklər”ə,
Öz vəznini bilməyəndə bicasan!

 

 

Sən o böyük, o mənalı bir andan,
O qudurğan rəzilləri heç etdin.
Müqəvva bütləri salıb atından,
Ürəklərə bir əbədi köç etdin!

 

 

Yapışma əlindən nadan nahaqqın,
Ürəyi pislikdən boşalmayıbdır.
Sənin ədalətin, bu böyük haqqın
Düşməndə əzəldən heç olmayıbdır!

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş