Ad, yoxsa soyad? – Coşqun Xəliloğlunun kiçik hekayəsi

4 0

Coşqun Xəliloğlu

 

Ad, yoxsa soyad?

(Hekayə)

 

Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verir.

Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Teiefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır:

– Bəli, eşidirəm.

– Kimdir, danışan?

– Əlizadə.

– Mənə Ağayev lazımdı.

– Bəli, Ağayevdi.

– Ə… Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir.

– Əlizadə adımdır,  Ağayev soyadım.

– Qəribə adınız var e, lap soyada oxşayır.

– Bağışlayın, Siz kimsiniz?

– Babalı.

– Adınız  nədir?

– Dedim də, Babalı.

– Bəs, soyadınız?

– Soyadım Aslandır.

– Sizin də qəribə soyadınız var, lap ada oxşayır. Üstəlik adınız da elə bil soyaddır.

Birdən Əlizadə gülməyə başladı. Telefonun o biri başından da gülüş səsi gəlirdi.

***

Bu gün hekayənin müəllifinin ad günüdür. “Azad Şuşa” bu münasibətlə Coşqun müəllimi təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

 

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş