Laçınlı Adiləm… Nə Hafizəm mən… – Adil Cəfakeşin şeiri

3 0

“Azad Şuşa” şair Adil Cəfakeşin maraqlı bir şeirini əziz oxucularına təqdim edr.

 

Adil Cəfakeş

 

 

Şeir adlı “cadu”yam

 

 

Könüllər oxşayıb, ruhu məst edən,

Şeir, sənət adlı “cadu”yam, qağa.

Hərdən səngisəm də, sönən deyiləm,

Haqqın alovuyam, oduyam qağa.

 

 

Kəsib söz ovunda hər gün bərə mən,

Gah zirvə güdürəm, gah da dərə mən.

Vallah düşməmişəm göydən yerə mən,

Mən də sənin kimi adiyəm, qağa.

 

 

Qocalar dilində şerim ninnidi,

Dildən çox kövrəyəm, gözüm çənlidi.

Zaman dirijordu, qəm müğənnidi,

Mən isə hicranın uduyam, qağa.

 

 

Ötən günərimlə xudafizəm mən,

Arxamca dolanbac gələn izəm mən.

Adil Cəfakeşəm, nə Hafizəm mən,

Nə də ki, Şirazlı Sədiyəm, qağa.

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş