Əjdaha ilindən nə gözləyirsiniz? – sorğu

1 0

“Azad Şuşa” öz daimi oxucularına aşağıdakı suallarla müraciət edib:

  1. 2024-cü ildən nə gözləyirsiniz?
  2. Yeni ildə hansı əsas arzunuzun həyata keçməsini istərdiniz?

Qeyd edək ki, respondentlərimizin bəziləri konkret suallarımıza daha geniş cavab veriblər. Onların da, qısa cavab verənlərin də heç birinin cavabına müdaxilə etmədən əziz oxucularımıza təqdim edirik.

 

Rəşad Məcid,

Yazıçı, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini

2023-cü ildə bizim o qədər ağlasığmaz, xəyalımıza gətirmədiyimiz arzular reallaşdı ki, indi elə bir əhvaldayıq, hələ çin olmuş arzuların, necə deyərlər, “həzm olunması” ilə yaşayırıq. 21 dekabr 2023-cü ildə mən də Xankəndində oldum. Orada “Qarabağ” – MOİK oyununa baxdım. Cənab Prezidentin orada şəhidlərimizin övladları, ailə üzvləri ilə, qazilərlə ünsiyyəti və açılışda çıxışı mənə də inanılmaz anlar bəxş elədi, bizə çox böyük xoşbəxtlik hissləri yaşatdı.

Növbəti ilin – qarşıdan gələn 2024-cü ilin fevral ayında Azərbaycanda növbədənkənar prezident seçkləri keçiriləcək. Elə bilirəm ki, xalqımız mütəşəkkil şəkildə seçki məntəqələrinə gedəcək və yekdilliklə Azərbaycanın tarix boyu bu ən qürurlu, ən yaxşı inkişaf edən bir vaxtında öz münasibətini ortaya qoyacaq.

Gələn il üçün, əlbəttə, arzum odur ki, Azərbaycan daha da möhkəmlənsin, Qarabağda quruculuq işləru daha a geniş vüsət alsın, tez-tez Şuşaya, Laçına, Xankəndinə, bütün azad olmuş yurdlarımıza müxtəlif tədbirlərə gedək. Ağdamda quruculuq işləri daha da genişlənsin, sürətlənsin və biz Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa olunmasının gözəlliyini, xoşbəxtliyini yaşayaq.

Dövlətimiz var olsun!

Arzumuz odur ki, bütün xalqımız yekdilliklə Azərbaycanın bu inkişafına öz töhfəsini versin.

 

Əyyub Şırlanlı

Şair, AYB üzvü, Əməkdar müəllim

  1. “Azad Şuşa”ya yeni uğurlar və yeni maraqlı yazılar;
  2. Şuşada Azərbaycan Yazıçılar Birliyinin filialının açılmasını;
  3. Şuşada şəxsi həyətlərin və evlərin öz sahiblərinə qaytarılması ilə bağlı yazılar;
  4. Şuşada “Poeziya evi”nin açılmasını;
  5. “Azad Şuşa” saytında yaradıcı ziyalıların əsərlərindən dəyərli nümunələrin yayılmasını;
  6. Şuşanın və kəndlərinin tarixinə, coğrafiyasına, ədəbiyyatına və milli-mənəvi dəyərlərinə aid məlumatlı insanların bilgilərini səhifədə vermək;
  7. Şuşanın toponimləri ilə bağlı yazılar;
  8. 2024-cü ildən açıq səma, əmin-amanlıq, quruculuğun genişlənməsini və işsizliyin aradan qaldırılmasını, sülhün əbədi qələbə çalmasını, bir daha müharibə olmamasını, ölkəmizdə yeni iş yerlərinin açılmasını, haqq-ədalətin həmişə və hər yerdə öz yerin tapmasını, məmur özbaşınalığına son qoyulmasını və s. gözləyirik.

 

Əlizadə Nəcəfov,

Tarizx üzrə fəlsəfə doktoru.

 

– 2024-cü ilə də böyük inam və ümidlərlə gedirik.  Arzularımız da çoxdur. Yığcam şəkildə belə ifadə edərdim:

– Azərbaycanla Ermənistan arasında sülh bağlanması, sülh müqaviləsinin imzalanması;

– Qarabağda abadlıq, bərpa və quruculuq işlərinin bölgənin bütün yaşayış yerlərini əhatə etməsni və sürətlənməsi;

– Azərbaycan Prezidentinə Nobel mükafatının verilməsi;

– ABŞ, Yaponiy, Hindistan və Çinlə əməkdaşlığın daha da genişlənməsini;

– Xankəndində Qarabağ Universitetinin tezliklə fəaliyyətə başlaması.

 

Səma Əsədullayeva,

Şəhid övladı, tibb bacısı

 

  1. 2024-cü ildə Azərbaycan xalqının azad, firavan, açıq səma altında xoşbəxt yaşadığını görməyi arzulayıram.

İşğaldan azad olunmuş bütün ərazilərimizin çiçəkləndiyini görmək istəyirəm.

 

  1. Bir qarabağlı kimi, bir şəhid qızı kimi uğrunda atamın öz canından, qanınan keçdiyi ölkəmizin dilbər guşəsi olan yurdumuzda ağ xalat geyinib yenidən insanların sağlamlığının keşiyində dayanmaq və fərəhli yaşamaq.

Qoy neçə illik həsrətimiz birdəfəlik bitsin daha.

 

 

Kəmalə Cahidqızı,

Jurnalist

  1. 2024-cü ildə dinc, firavan, problemsiz bir dünyada sağlam bir həyat yaşayacağımızı arzulayıram və gözləyirəm.
  2. Nəhayət Şuşada yaşaya bilməyi arzu edirəm.

 

Elşən Muradov,

Keçmiş döyüşçü

 

  1. Dünyaya sülh.
  2. Şuşaya köçmək

 

Sorğunu Murad hazırladı

P.S. Sorğumuz davam edir.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş