Qəhrəman şəhidlərin anım günü – Vüsal Abdullayev

1 0

Abdullayev Vüsal Şakir oğlu

(15.03.1986-04.10.2020)

Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kicik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi örgəndiyi ücün kənddə atası kim traktor işlədib.

3 aprel 2003-cü ildə MHHX-ə gedib. Xidmətini Tərtər bölgəsində kecirib. Çox fəal əsgər olduğu ücün həmişə valideyinlərinə təşəkkürnamə gəlib.

Əsgərlik xidmətin 2004 -cü ilin dekabır ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərüffat işlərinə başlayıb. Bir müddət sonra iş dalınca paytaxta üz tutub və Dərnəğül bazarında fəhləlik edib.

Vətən müharibəsi başlayanda könüllü olaraq SHXÇDX-nin Beyləqan rayon şöbəsinə gedərək cəbhəyə yola düşüb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igidliklə vuruşub.

Onun ağır döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıldan keçib. Axrıncı döyüşü Qubadlı uğrunda olub. Həmin gün onların taqımı düşmənin beş postunu dağıdıb.

Vüsal Abdullayev 22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

Bir müddət nəşini götürmək mümkün olmayıb. Noyabr ayının 4-ü Vüsalın nəşi ailəsinə verilib. Elə həmin gün Vüsal doğulduğu Beyləqan rayon Sarısu kəndinə gətirilib və Beyləqandakı Şəhidlər Xiyabanında dəfn olunub.

“Vətən uğrunda” “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltifedilib.

Sabah – noyabrın 4-də Beyləqan rayonunun Sarısu kəndində qəhrəmanın şəhidliyinin (torpağa tapşırılmasının) birinci ildönümü münasibətilə mərasim keçiriləcək, eyni zamanda xatirə abidəsinin açılışı da olacaq.

Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş