Hər gün bir qəhrəman doğulur – Cilingir Nəbiyev

1 0

Nəbiyev Cilingir Azad oğlu

(18.01.1996-28.10.2020)

 

Tovuz rayonunun Şıxheybət kəndində anadan olub. Orta təhsilini 2002-2013-cü illərdə Şıxheybət kənd tam orta məktəbində alıb. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alıb. 2015-ci ilin yanvar ayında ASQ sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Qobustanda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmət keçib. 2016-cı ilin iyul ayında ordudan tərxis olunub.

Tərxis olunandan bir müddət sonra yenidən SQ sıralarına qayıdıb və xidmətini 2017-ci ildən etibarən gizir rütbəsində tank komandiri kimi davam etdirməyə başlayıb. Vətən müharibəsi başlayanda ASQ tərkibində ilk gündən həlledici döyüşlərə atılıb, iştirak etdiyi bütün döyüşlərdə misilsiz rəşadət göstərib. Qəhrəman gizir cəbhənin əsasən Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd istiqamətlərində həyata keçirilən əks-hücum əməliyyatlarında hünərlə vuruşub. Son döyüşü oktyabrın 28-də olub. Həmin gün Xocavənd rayonunun azadlığı uğrunda gedən qızğın döyüşlərdə igidliklə vuruşaraq şəhidlik məqamına yüksəlib. Şıxheybət kəndində dəfn edilib. Evli idi. Bir övladı vətənə əmanət qalıb.

Təltifləri: “Vətən uğrunda” (2020), “Füzulinin azad olunmasına görə” (2020), “Xocavəndin azad olunmasına görə” (2021) və “Cəbrayılın azad olunmasına görə” (2021) medalları.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş