Xocalı kitablarından biri

0 0

““Xocalı – vəhşi əsrin vəhşi əsəri” mənim indiyədək çap olunmuş 12-i Qarabağ haqqında olan 14 kitabımdan biridir. 
2009-cu ilin fevral ayında “Qanun” nəşriyyatında 500 nüsxə ilə çap edilib. Kitabın demək olar ki, hamısını müxtəlif vaxtlarda müxtəlif şəkildə paylamışam. Özümdə cəmi 2 nüsxə qalıb”.

“Azad Şuşa” xəbər verir ki, bu sözləri yazıçı Kərim Kərimli Xocalı haqqında indiyədək yazılmış kitablardan danışarkən deyib.

Öz kitabı haqqında da danışan yazıçı “…Bu kitabdan əvvəl də Xocalı haqqında kitablar yazılmışdı, bundan sonra da çox yazıldı. Hələ illərlə və minlərlə də yazılacaq. Ancaq bunun öz yeri var və yeri də qalacaq…” – deyə bildirib.

“…Ümumiyyətlə, Xocalı haqqında indiyədək topladığım materiallar əsasında isə azı 10 kitab yazmaq olar. Ya da 10 kitablıq materialı 3 cildə sığışdırıb fundamental bir iş qoymaq olar ortaya.
NAĞIL YOX, İŞ!!!
Təəssüf, çox təəssüf ki, indi buna maddi imkanım yoxdur…” – deyə yazıçı Xocalı haqqında yazılan kitabların bir çoxunun nağıldan ibarət olduğuna da işarə vurub.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş