Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli ElmlərAkademiyasının magistraturalarına qəbul imtahanı keçirir.
“Azad Şuşa” xəbər verir ki, DİM-dən verilən məlumata görə magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılır. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək.
İmtahanda iştirak üçün ərizələrin qəbulu internet vasitəsilə fevralın 9‑dan 19-dək aparılıb. Cəmi 19885 bakalavr ərizə təqdim edib. Onlardan 18139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Bakalavrlardan 10530-u cari ilin, 9355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunur. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri,1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! Saytın istənilən materialından istifadə zamanı mənbə kimi “Azad Şuşa” (azadshusha.com), müəllif kimi həmin yazının müəllifi göstərilməlidir!
Oxşar xəbərlər
No related posts.