Bu gün Sumqayıt hadisələrinin 33-cü ili tamam olur

0 0
Sumqayıt təxribatı 1988-ci il fevral ayının son günlərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Ermənistanın Azərbaycan xalqına qarşı birgə törətdiyi təxribat və cinayət idi.
“Azad Şuşa” xəbər verir ki, ötən bir qərinə ərzində aparılan müxtəlif araşdırmaların nəticəsində əldə edilən bütün məlumat və materiallar sübut edir ki, həmin hadisələrin təşkilatçısı SSRİ DTK-sı, icraçıları isə ermənilər olmuşdur. İğtişaşların təşkili və cinayətlərin törədilməsi zamanı Sumqayıtda Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynamışdır.
“Sumqayıt qırğını” ssenarisinin ən fəal təşkilatçı və icracılarından biri də 1959-cu ildə anadan olmuş, həmin hadisələrə qədər iki dəfə törətdiyi müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşamış Eduard Qriqoryan olmuşdur.

28 fevral 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 26-sı erməni, 6-sı isə azərbaycanlı olmaqla 32 nəfər ölmüşdür.

Təəssüf ki, əsil təşkilatçı və icraçıların əvəzinə hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov mühakimə edilərək ölüm hökmü ilə cəzalandırılmış, hökm yerinə yetirilmişdir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmişdir.

Sonralar Ermənistanda ilk təxribatçı və cinayətkar qurumlardan olan qondarma “Qarabağ” komitəsinin rəhbərlərindən biri və Ermənistanın birinci və işğalçı prezidenti Levon Ter-Petrosyan müsahiblərinin birində demişdir: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi”.

Ermənistanın tanınmış siyasi xadimlərindən olan Paruyr Ayrikyan da “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”, – deyə bidirmişdir.

Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş