Qarabağ üzrə işçi qrupun dördüncü iclası martın 1-də keçiriləcək

0 0
Bundan əvvəlki iclasda qrup Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında iqtisadiyyat və nəqliyyat sahələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələsini müzakirə etmişdi.

– Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) işçi qrupun növbəti iclasının 2021-ci il mart ayının birində videoformatda keçirilməsi barədə tərəflər arasında razılıq əldə edilib” – deyə o bəyan edib.
– Bundan əvvəlki görüşün gedişində tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında nəqliyyat və iqtisadiyyat sahələri üzrə əldə olunmuş razılığın reallaşdırılmasını müzakirə etmişdilər. İclas zamanı Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu və 11 yanvar 2021-ci il tarixli bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərinin həyata keçirilməsi məsələlərinə toxunulmuşdu, – deyə Rusiya baş nazirinin müavini bildirib. – Tərəflər ekspert yarımqruplarının dəmir yolu, avtomobil və qarışıq daşımalar üzrə hesabatlarını dinləmiş, eləcə də təhlükəsizlik və sərhəd, gömrük, sanitar, veterinar, fitosanitar və digər nəzarət növləri də daxil olmaqla yük daşımalarının təmin edilməsi məsələlərini də müzakirə etmişdilər.

 Overçukun sözlərinə görə iclas zamanı tərəflərin səlahiyyətli orqanlarına yuxarıda qeyd edilən daşımalar üzrə MDB çərçivəsində və üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarizasiyası tövsiyə edilib.

Rusiya hökumətinin sədr müavini bildirib ki, işçi qrup liderlərin 11 yanvar 2021-ci il bəyanatında nəzərdə tutulan beynəlxalq yük daşımalarının təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təşkilinin siyahısı və qrafiki üzrə yeni nəqliyyat infrastrukturunun bərpası və tikilməsi barədə məruzə layihəsini tamamlamaq haqqında qərar qəbul edib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş