İlhami Cəfərsoy: “Ağoğlan kilsəsinin adı Ağoğlan çayının adından alınmayıb”

0 0
Ağoğlan kilsəsinin adı televiziya kanallarında deyildiyi kimi yaxınlıqdakı Ağoğlan çayının adından alınmayıb.
“Azad Şuşa” xəbər verir ki, bu barədə Azərbaycanda türkmənşəli etnohidronimlər, türk dillərində teonim və etnonimlər, Ön Asiyanın ölü dillərinin onomoloji leksikası, Ön Asiyanın qədim dillərinin türk leksikası kimi sahələr üzrə tanınmış mütəxəssis olan, Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy bildirib.
“Çayın da, kilsənin də adı “Ağoğlan” etnonimi ilə bağlıdır. Ağoğlan İsa məsih inancının arxaik türk variantıdır. O inanca görə Ağoğlan anadan olmurdu, Ağqızın göbəyindən çıxırdı. Zelik Yampolski hələ 1954-cü ildə sübuta yetirmişdir ki, Ağoğlan kilsə adları Amarasdan qədimdir. Ona görə də Elmlər Akademiyasındakı armenofillərin qəzəbinə düçar olmuşdu. Onlar yəhudi əsilli tarixçini türkçülükdə ittiham edirdilər” – deyə alim vurğulayıb.
Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş