Xankəndində də sular bulana və durula bilər… ruslar olmasa

0 0
Hüquq müdafiəçisi kimi tanınmış Karen Ohancanyan İrəvandakı rəhbərliyin və Xankəndindəki separatçı-terrorçu dəstənin devrilməsinə, süpürüb atılmasına çağırış edib. O, bununla kifayətlənməyərək Nikol Paşinyanın və Araik Arutunyanın ünvünına təhqiramiz ifadələr işlədib.  
“Ermənisatan prezidenti baş nazirin Silahlı Qüvvələrin baş qərargah rəisini istefaya göndərmək barədə tövsiyəsini rədd etməklə faktiki olaraq dövləti cinayətkar, milli satqın, bütün erməniliyin Ali “ÇMO”-su Nikolun istefasını tələb edən yüksək çinli hərbi məmurların təşəbbüsünü dəstəkləmiş oldu” – bu sözlər ona – Xankəndindəki “Helsinki – 92” adlanan qeyri-hökumət təşkilatının sədri Karen Ohancanyana məxsusdur.
“Azad Şuşa” xəbər verir ki, K. Ohancanyan bu barədə öz Facebook səhifəsində yazıb: “Mən polis təşkilatını və digər güc qurumlarını, eləcə də Ermənistanın Xarici İşlər Nazirliyini təcili olaraq “ÇMO”-nun istefası tələblərinə qoşulmağa çağırıram.
Baş prokurorluq millət xainini həbs etməli və Ədliyyə Nazirliyi ilə birlikdə “Mənim addımım” hərəkatını antidövlət təşkilatı kimi qiymətləndirərək onun fəaliyyətini qadağan etməli, bütün məsul şəxslərini isə dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb edərək həbs etməlidir. Milli satqının taleyi artıq həll olunub. Onun istefasına saatlar və dəqiqələrlə hesablanacaq qədər vaxt qalıb” – deyə Karen Ohancanyan vurğulayıb.
Lakin o bununla kifayətlənməyib, özünün işlətdiyi ifadə ilə desək “Qarabağ “xalqı”na da müraciət” edərək Xankəndindəki baş caninin də bostanına daşatıb: “İndi isə Qarabağ xalqına müraciət edirəm. Ayağa qalxın və dövləti cinayətkarın və Arsax dövlətini dağıdan, minlərlə və minlərlə şanlı erməni qəhrəmanlarının ölümünə bais olan əsas günahkarın – Araik Arutunyanın rəhbərlik etdiyi hökuməti süpürüb atın. Bu ÇMO-dan, cəmiyyətə dönük çıxan bu qab dibi yalayan yaltaqdan qorxmayın. Biz Arsaxın müvəqqəti idarə edilməsi üçün alternativ orqan seçəcəyik və Arsaxın keçmiş şöhrətini qaytaracağıq!
Rədd olsun Araik Arutunyan!!!”
Burada bir neçə məsələyə münasibət bildirməsək olmaz. illərdir Xankəndində və bölgənin başqa məntəqələrində yaşayan, Azərbaycan Respublikasının əhalisinin bir hissəsi olan sakinlərə gah “erməni xalqı”, gah “Qarabağ xalqı”, gah da “Arsax xalqı” deyərək özlərini də, ətraflarındakı əhalini də aldadan, dünya ictimaiyyətini də aldatmağa can atan bu cür ictimai şəxslərin görünür hələ də ağılları başlarına gəlməyib. Yox əgər həqiqətən də keçmiş DQMV sakinlərinə “Qarabağ xalqı” demək olarsa onda o “xalqın” bir yarısı da bizik, yəni əsil qarabağlılar. Ona görə də onsuz da Araiki Azərbaycanın hüquq-mühafizə orqanları axtarışa verib. Onun tutulub ədalət mühakiməsinə verilməsi işində Karengilin də köməyindən istifadə etmək olar.
O ki, qaldı alternativ idarəetmə məsələsinə, bəli, burada da biz də bir qarabağlı kimi iştirak etməliyik. Yəni baş cani Araik və onun ətrafında olan məhəlli terrorçuları Ohancanyanın dediyi kimi süpürüb atmalı  və ölkəmizin Konstitusiyası çərçivəsində demokratik seçki üsulları ilə legitim yerli idarəetmə orqanları yaratmalıyıq.
Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş