Yeganə Kərimzadə: “Bir günümüzü atasız təsəvvür etmədiyimiz halda artıq 32 ildir onsuzuq”

0 0
“Bu gün əziz atam Fərman Kərimzadənin dünyaya gəldiyi gündür. Xüsusi təmtərağı sevməsə də, anam, üç qızı pərvanə olub dayanmadan hazırlıq görərdik onun doğum gününə. Qonşu qadınlar da bizə qoşulardı. Bilirdik ki, axşama ev dolu olacaq. Kimisə çağırmağa ehtiyac yox idi, hamı 3 mart gününün “Fərman günü” olduğunu bilirdi, özündən başqa. Özü çox vaxt unudardı bu günü, amma etdiklərimizi görəndə sevinirdi, çünki dostları, insanları çox sevirdi. Bu səbəbdən evimiz həmişə qonaqlı-qaralı olardı. Kimlər olmamışdı o evdə. Xatirələrimi oyatmağa belə qorxuram, o səslər yenidən əks səda verib, geriyə, ata ocağımıza səsləyir…”
“Azad Şuşa” xəbər verir ki, bu sözləri bu gün ad günü olan (3 mart 1937-ci il) məşhur Azərbaycan yazıçısı Fərman Kərimzadənin qızı, tanınmış yazıçı, kinosseenarist Yeganə Kərimzadə deyib.
“Alimin səsini ilk dəfə evimizdə eşitmişəm, ona qulaq asanların hamısı heyrətlənib, atamın gözləri dolub.
Həsən Məmmədovun sakit təmkinli səsi, Rasim Balayevin parodiyaları, Şahmar Ələkbərovun unudulmaz səsi, Bayram Bayramovun, Abbas Abdullanın ağayana görnüşü, əmimin, dayılarımın, bibilərimin, xalalarımın doğma baxışları, qonşumuz Lumu xalanın “Ləvəngilərimi bəyəndilər görəsən?” deməyi və daha nələr… Bütün bunları heç unutmaq olarmı?
Ev telefonu da susmaq bilmir, Moskvadan Ədəbiyyat fondundan zəng edib təbrik edirlər. Ukrayna, Qazaxstan, Qrğızstan, Özbəkstandan tanınmış yazıçılar zəng vuru, təbrik edirlər.
Məktubların, teleqramların ardı arası günlərlə kəsilmir.
Onu çox sevirdilər. Onu çox sevirdik. Bir günümüzü atasız təsəvvür etmədiyimiz halda artıq 32 ildi onsuzuq. Evimiz isə onsuz tamam boşalmışdı.
Dünən bacılarımla birgə yad etdik atamızı, anamızı, bu gün isə təkcə oturub, xatirələrdə azmışam…” – deyə Yeganə xanım xatirələrini bölüşüb.
Happy
Happy
0
Sad
Sad
1
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş