BDU ilə Portuqaliyanın Texniki Universiteti əməkdaşlığa başlayıb

0 0

Bakı Dövlət Universiteti (BDU) ilə Portiqaliyanın Tomar Politexnik Universiteti arasında “Erasmus KA 107” layihəsi çərçivəsində anlaşma memorandumu imzalanıb.

Bu barədə “Azad Şuşa”ya BDU-dan məlumat verilib.

Bildirilib ki, İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor universitetlərdə mobil aplikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” – MAGnUS layihəsi (Erasmus KA 2) çərçivəsində BDU Portuqaliyanın Tomar Politexnik Universiteti ilə əməkdaşlıq edir.

Qeyd edək ki, 1982-ci ildə əsası qoyulmuş Tomar Politexnik Universitetində 2300-dən çox tələbə təhsil alır. 300-ə yaxın akademik heyətin çalışdığı universitetdə üç məktəb fəaliyyət göstərir.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş