“Müdrik siyasət – Qarabağ Zəfəri” mövzusunda konfrans keçirilib

1 0

Təhsil Nazirliyinin dəstəyi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü və təşkilatçılığı ilə “Müdrik siyasət – Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Bu barədə “Azad Şuşa”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov referat yazı müsabiqəsinin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Təhsil Nazirliyi hər zaman gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir. Bu baxımdan belə müsabiqələrin davamlı təşkili məktəblilərin layiqli vətəndaş kimi yetişməsində müstəsna rola malikdir.

F.Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti, müdrik diplomatiyası və xalqımızın milli həmrəyliyi sayəsində yenilməz ordumuzun qazandığı parlaq Qələbədən bəhs edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradıldığını söyləyib. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edildiyini deyən E.Əzizov bunun nəticəsində müharibədə şanlı Qələbə qazanıldığını və torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müsabiqədə qalib seçilən şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb. O, müsabiqəyə qatılan şagirdlərin öz referatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyəti sayəsində Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbəni və Müzəffər Ali Baş Komandana olan məhəbbətlərini yaradıcı şəkildə ifadə etməsini yüksək dəyərləndirib.

M.Vəliyeva Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin də 30 ildən sonra Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı Zəfərin qazanılmasındakı rolundan bəhs edib. Bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122 müəllim və 5 direktor müavini olmaqla, ümumilikdə 127 təhsil işçisi Azərbaycan Ordusu sıralarına qoşulmaq üçün müraciət edib. Onlardan 37-si döyüşlərdə iştirak edərək qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə öz töhfəsini verib.

Digər qonaqlar və məktəblilər müsabiqənin əhəmiyyətindən bəhs edərək Vətən müharibəsində qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar. Bildirilib ki, müsabiqənin paytaxt rayonlarında keçirilən I mərhələsində 316 təhsil müəssisəsindən 1879 şagird iştirak edib və onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin mərhələdə 125 şagird seçilərək diplom və hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin Bakı şəhər mərhələsində 33 şagird qalib gəlib.

Tədbirdə referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.

Happy
Happy
1
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş