Mikayıl Müşfiqin öz əlləri ilə əkdiyi qovaq ağacları…

0 0

Bakı-Quba yolunun, 72-ci kilometrliyindən Xızı rayonunun mərkəzi Altıağac kəndinə qol ayrılır. Dağların arasından, yamaclardan keçən bu yolun 50 km-lik uzunluğu var.

Mikayıl Müşfiqin ata yurdu Sayadlı kəndi həmin yolun 16-cı km-liyində salınmışdı. Sayadlıda əvvəllər üç mərtəbəli evlər tikilmişdi. Sonra prespektivsiz kənd kimi xatirələrdən silindi.

Dağıntılardan sonra prada yalnız üç qovaq ağacı qalmışdı. Az adam bilir ki, onları Müşfiq əkib. Müşfiqsevərlərin oraya ilk səfəri 1989-cu ildə Novruz bayramı ərəfəsində oldu və həmin ağacların ətrafında “Müşfiq ocağı” yaradılmasına başlanıldı.

Qısa vaxtda orada şairin abidəsi və rəmzi qəbri qoyuldu, qəşəng bir göl yaradıldı, xeyli ağac əkildi, gələcək xatirə muzeyi üçün bina tikildi və bir sıra başqa işlər görüldü.

2004-cü ilin 15 sentyabr tarixində bina Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. Xızı rayon Mədəniyyət və Turizm Şöbəsinin balansındadır. Muzey 1 mərtəbəli olmaqla 1 otaqdan ibarətdir. Muzeyin sahəsi 55 kv/m-dir. 2006-cı ildən muzey statusu alaraq 8 nəfər işçi ilə fəaliyyətə başlayıb.

Muzeyin həyətində nakam şairin büstü qoyulmuşdur. Abidə Əməkdar incəsənət xadimi, heykəltaraş Münəvvər Rzayevanın esgizləri əsasında ucaldılıb. Muzeyi həyətyanı sahəsində abidə qoyulub.

Muzeydə eksponatların sayı: 221 ədəd olmaqla 1 büst, 43 fotoşəkil, 177-i isə şairin sənədlərindən ibarətdir. Muzeyin fəaliyyəti M.Müşfiqin həyat və yaradıcılığı haqqında olan yazıları, şəkilləri qoruyub saxlamaqdır. Eyni zamanda, yerli və xarici turistləri şair haqqında, muzey haqqında məlumatlarla tanış etməkdir.

Həyatı şimşək qədər qısa, həm də elə şimşək qədər parlaq olan Mikayıl Müşfiq 1938-ci il yanvarın 5-də cəmi 20 dəqiqə davam edən “məhkəmə”nin hökmü ilə bir gün sonra – yanvarın 6-da güllələnib.

Fərhad Kərimli

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
2
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş