Şəhid Elmar Əhmədovun xatirəsi doğum günündə anılıb

0 0

Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon Gənclər və İdman iradəsinin məsul əməkdaşları şəhid Əhmədov Elmar Elşən oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

“Azad Şuşa” xəbər verir ki, Əhmədov Elmar Elşən oğlu 2000-ci il iyun ayının 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə əsgər Əhmədov Elmar Elşən oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş