Lüksemburqun Baş naziri koronavirusa yoluxub

0 0

Lüksemburqun Baş naziri Ksavye Bettel (Xavier Bettel) koronavirusa yoluxub və 10 gün karantin rejiminə riayət edəcək.

“Azad Şuşa” xəbər verir ki, mayın 6-da AstraZeneca peyvəndinin 1-ci dozası vurulmuş Ksavye Betteldə yüngül simptomların – temperatur və baş ağrıları olduğu deyilir. Karantin rejimində olan Baş nazirin öz funksiyasını distant olaraq yerinə yetirdiyi diqqətə çatdırılıb.

K. Bettel iyunun 24 və 25-də Brüsseldə Avropa İttifaqının 26 ölkəsinin rəhbərlərinin iştirakı ilə keçirilən Avropa sammitində iştirak edib. Ancaq görüşdüyü 26 rəhbərdən heç biri virusla təmasda olmuş hesab edilmir.

Happy
Happy
0
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş