Əjdaha ilindən nə gözləyirsiniz? – sorğu

3 0

“Azad Şuşa” öz daimi oxucularına aşağıdakı suallarla müraciət edib:

 

  1. 2024-cü ildən nə gözləyirsiniz?
  2. Yeni ildə hansı əsas arzunuzun həyata keçməsini istərdiniz?

Qeyd edək ki, respondentlərimizin bəziləri konkret suallarımıza daha geniş cavab veriblər. Onların da, qısa cavab verənlərin də heç birinin cavabına müdaxilə etmədən əziz oxucularımıza təqdim edirik.

 

Mina Rəşid

Yazıçı, şair, jurnalist

  1. 2024-cü ildən birinci növbədə dövlətimz və millətimiz üçün sülh müqaviləsinin imzalanmasını istəyirəm, gözləyirəm və inanıram ki, olacaq. Yəni, sülh olsun, əmin-amanlıq olsun.

Qərb azərbaycanlılar öz doğma torpaqlarına, dədə-baba yurdlarına, qədim Azərbaycana – Qərbi Azərbaycana qayıtsınlar. Bir daha deyirəm, əmin-amanlıq olsun, bolluq olsun, bərəkət olsun!

Şəxsi arzularıma gəlincə, bir uşaq ədəbiyyatı yazıçısı kimi istəyirəm ki, 2024-cü il uşaq ədəbiyyatı ili olsun. Uşaq əəbiyyatının nümayəndəsi, yazıları dəfələrlə dərsliklərə, şagirdlər üçün sinifdənxaric vəsaitlərə salınan bir müəllif kimi, istərdim ki, bizim qonorarımızı a versinlər (gülür).

  1. Əsas arzum our ki, Vətənimiz daha da çiçəklənsin, Qarabağımız güllü-gülüstana çevrilsin. İnanıram ki, bu həqiqətən də belə olacaq və təxminən bir beş ildən sonra, məsələn, Ağdam o qədər gözəl olacaq ki, az qala paytaxt elan edilməyə hazır, layiq bir şəhər olacaq. Bilirəm ki, hazırda Ağdamda o qədər böyük işlər görülür, gecə-gündüz emədən, dayanmaan Ağdamda elə sürətli işlər aparılır ki, mənim arzularımın çin olacağı çox real görünür.

Şəxsi arzum sə odur ki, – bir yazıçı kimi deyirəm bunu, – sadə, səliqəli bir evim olsun, oturub sakit işləməyə və uşağıma baxmağa.

Sona isə ürəyimn əsas arzularından birini qeyd etmək istəyrəm: Şəhidlərimiz heç vaxt unudulmasın! Biz bu xoş günlərə onların qəhrəmanlığı sayəsində və həyatı bahasına gəlib çıxmışıq. Onları unutmağa haqqımız yoxdur. Şəhidlərimizə həsr etdiyim bir şeirim də burada söyləmək istəyirəm.

 

Qəhrəman şəhidlərimizə

 

Uşaqlıqdan arzun olub

Düşmənlərlə savaşmaq.

Qarabağı azad edib,

Vətənə bağışlamaq

 

Kimsəyə minnət qoydunmu

Vətəni qoruyanda?!.

Yağışda, yaralı halda,

Ac-susuz, yorulanda?..

 

Sən ancaq irəli baxdın,

Baxmadın sağ-soluna.

Bir də baxdın göyə qalxıb

Yerə düşən qoluna…

 

Yenə, yenə sarsılmadın

O dəhşətli ağrıdan.

Tək əlinlə silah tutdun,

Dişinlə bayrağından…

 

 

Son nəfəsdə bayrağını

Şuşayadək apardın.

Sən Şuşada Zəfər çalıb

Bizi bizə qaytardın.

 

 

Qanınla yazdın adını,

O sal daşa, qayaya.

Son anda da təbəssümlə

Vida etdin dünyaya.

 

 

Fərid Bağırov

Sahibkar

 

 

  1. 2024-cü ildən dünyada sülh olmasını gözləyirəm. Bitsin artıq müharibələr.
  2. İpotekanın bağlanmasını.

 

Qəzənfər Hüseynov

Hazırda Laçın şəhərində yaşayan xoşbəxt insan

 

Suallara belə cavab verərdim:

  1. 2024 cü il dövlətimizin daha da güclənməsi, xalqımızın rifah halının yaxşılaşması üçün başlanğıc ili olsun.
  2. 2024 cü ildə Azərbaycan istədiyi şərtlər daxilində Ermənistanla sülh müqaviləsi bağlasın. Ümumiyyətlə bölgəmizdə sülh olsun.

 

Mahir Rəsuloğlu

Yazıçı

 

  1. Zəngəzur dəhlizinin açılmasını.
  2. Doğma Xocalımıza, Xankəndimizə qayıtmaq.

 

Boran Əziz

Tarixçi alim

 

– Respublikamızın ərazi bütövlüyü və suverenliyinə uyğun sülh müqaviləsinin imzalanmasını;          – 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəyə uyğun bir sıra vacib islahatların həyata keçirilməsini.

– Azad olunmuş torpaqlarımıza daha sərbəst gedib-gəlməyi;

– Orada olarkən və ya gecələyərkən qiymətlərin maddi durumumuza uyğun olmasını.

 

Ramilə Qurbanlı

Yazıçı

 

  1. Yeni ildən əsaslı sülhün bərqərar olmasını gözləyirəm.
  2. İstərdim hər kəs öz yerində olsun. Atın qabağına ət, it qabağına ot qoyulmasın. Dəvə eşşəyin quyruğuna bağlanmasın. Mətbuatın, təhsilin, səhiyyənin inkişafının başlanğıcı olsun.
  3. Çox şey istəyirəm!

 

 

Şünasi Babayev

Qarabağ qazisi

 

  1. 2024-cü ildən Qarabağ üzərində Azərbaycan dövlətinin bütün hüquqi sahələr üzrə möhkəmlənməsini, bütün dünyada zəlzələlərin, təbii fəlakətlərin olmamasını, dünyanın harasında müharibə varsa, dayanmasını və yeni müharibələrin olmamasını, Azərbaycanımızda, dünyada bir daha covid kimi ağır, yoluxucu, pis xəstəliklərin olmamasını, xalqımızın get-gedə çətinləşən maddi durumunun yaxşılasmasını, tüğyan edən bahalığın dayanmasını və əlçatmaz qiymətlərin aşağı düşməsini, ən əsası isə bütün doğmalarımıza, əzizlərimizə, dostlarımıza saglıq-salamatlıq arzu edirəm.
  2. Yeni ildə iki ən əsas arzumun həyata keçməsini arzu edirəm: birincisi, bütün şuşalıların və mənim də ailəmizlə birlikdə çox tezliklə Şuşaya köçürülməyimizi və burada yeni səhifədən yaşamağa davam etməyimizi, ikinci arzum isə rəhmətlik atamın adını dasiyan, qazi, hərbçi-kapitan olan böyük oğlum Cümşüdün nisanını və toyunu etmək, bu arzumuzun şadlığını yaşamaqdır.

Allah dualarimızı qəbul etsin!

Sorğunu Murad hazırladı

Happy
Happy
3
Sad
Sad
0
Excited
Excited
0
Sleepy
Sleepy
0
Angry
Angry
0
Surprise
Surprise
0
Rəy bildir
Xəbəri paylaş